“Dedim əsəbimi sakitləşdirərəm” – Həyətində narkotik becərən şəxsin peşmançılığı – VİDEO

20.07.2017 - 10:11

Abşeron rayon polis idarəsinə Saray qəsəbəsində yaşayan 41 yaşlı Vüqar Bağırovun yaşadığı evin həyətyanı sahəsində kultivasiya yolu ilə narkotik bitki becərməsi barədə əməliyyat məlumatı daxil olub.

ARB TV xəbər verir ki, həmin ünvana baxış zamanı çətənə kolları aşkarlanıb və bitki kolları çıxarılaraq məhv edilib.

Vüqar Bağırovun sözlərinə görə atası dünyasını dəyişmədən öncə onun sağlamlığı ilə əlaqədar binadakı mənzillərini satıb, Saray qəsəbəsində həyət evi alıblar. Sonradan o evin əvvəlki sahibinin narkotik bitki əkdiyindən xəbərdar olub. Dediyinə görə həyətindən bir neçə dəfə çətənə bitkisi cücərib. Ancaq o, bitkiləri qopararaq atıb. Bu dəfə isə şeytanın oyununa gəlib.

Vüqar Bağırov – Saxlanılan şəxs: “Keçən il də çıxmışdı, qırdım atdım. Çətənə də çıxmışdı, xaşxaş deyilən şey var, çörəyin üstünə vururlar ondan da atmışam. Bu il 2 dənə balaca kol çıxdı, nə isə şeytan aldatdı. Əsgərlik vaxtımda istifadə etmişəm. Dedim elə qalıb, əsəbi sakitləşdirmək üçün arada bir istifadə edirəm. O da elə qaldı. Polislər gəlib aşkar etdilər. Çox peşmanam, gərək qırıb tullayardım”.

Faktla bağlı Abşeron rayon polis idarəsində başlanan araşdırmalar davam etdirilir.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97014

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31