Olimpiya çempionumuz avtomobili ilə bir ailəni vurdu – VIDEO

20.07.2017 - 15:01
Həndbol üzrə olimpiya çempionu avtomobili ilə ana və oğlunu vurub
Cumhuriyyet.net “Report”a istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı “Honda CR-V” markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Lyudmila Yeqor qızı Şubina idarə etməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub.
Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan  verilən məlumata görə, Ü.Məmmədova 1-ci dərəcəli koma vəziyyətindədir.
Hadisəni törədən sürücü Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib. Qeyd edək ki, hadisəni törədən sürücü Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarının həndbol üzrə çempionu olub.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97052

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31