Bərdə bazarında 12 mağaza yandı – VİDEO

20.07.2017 - 22:20

Bu gecə saat 3 radələrində Bərdənin mərkəzi bazarında güclü yanğın olub

Cumhuriyyet.net  ARB-yə istinadən xəbər verir ki, ərzaq, geyim və elektron avadanlıqları satılan 12 mağaza yanıb.
Sahibkarlar hdaisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.
Sahibkar Zaur Hümbətov 210 min manatlıq malı yandığını bildirib: “Dünən axşam da faktura ilə gələn 21 minlik mallarım var. Toplamda 230 minlik malım məhv olub”.
Sahibkar Malik Seyidəliyev də xeyli ziyana düşüb: “70 minə yaxın malım var maqazində. Nə var hamısı yanıb, bir dənə şey çıxası deyil. 10 ildə yığdığım maqazin bir gündə yandı”.
Ətrafdakı mağazalarda quraşdırılan müşahidə kameralarının görüntüləri də götürülüb.
cumhuriyyet.net

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=97059

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930