Yük maşını yanacaq daşıyan maşına çırpıldı – VİDEO

21.07.2017 - 13:04

Binəqədi rayonunda yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində yerləşən tuneldə baş verib.

“Koroğlu” metrosu istiqamətində hərəkətdə olan “KamAZ” markalı yük maşını qarşısında hərəkət edən yanacaq daşıyan yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Xoşbəxtlikdən xəsarət alan yoxdur.

Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib. Deformasiyaya uğrayan yüklü “KamAz”ı aparmaq üçün kran çağrılıb. Kran və evakuatorun köməkliyi ilə yük maşın hadisə yerindən aparılıb.

Faktla bağlı araşdırma aparılır.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97090

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31