Bakıda AĞIR QƏZA: Sərnişin avtobusu hasara çırpıldı – VİDEO

26.07.2017 - 19:18

Paytaxtda marşrut avtobusu idarəetmənin itirilməsi nəticəsində hasara çırpılıb.

ARB TV xəbər verir ki, Xətai rayonu NZS qəsəbəsində 32 saylı xətt üzrə işləyən avtobus avtoyuma məntəqəsindən çıxıb qaraja gedərkən sürücü 39 yaşlı Ziyafət Kərimov idarəetməni itirib.

Nəticədə nəqliyyat vasitəsi yol kənarındakı hasara çırpılıb. Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb. Qəza nəticəsində sürücünün döş qəfəsi əzilib və 3 saylı kliniki tibbi mərkəzə aparılıb. Həkimlər vəziyyətinin ağır olduğunu bildirirlər.

Fakt araşdırılır.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97290

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31