Lerikdə broyler fabrikində 1 nəfər ölüb, 2 nəfər yaralanıb – ADLAR
Xəbər verdiyimiz kimi, Lerik rayonunu Piran kəndi ərazisində broyler fabrikində partlayış olub.
Kəndin icra nümayəndəsinin rəhbəri Rizvan Əsədov unikal.org-a bildirib ki, hadisə qaz balonun partlaması nəticəsində baş verib: “Partlayış nəticəsində güclü yanğın olmasada, təəssüflər olsun ki, ölən və yaralananlarımız olub”.
R.Əsədov partlayış nəticəsində 1 nəfərin öldüyünü və iki nəfərin yaralandığını bildirib.
R.Əsədov ölən və yaralananların adlarını açıqlayıb:
“Dünyasın dəyişən şəxs kənd sakini Məmmədov Valeh Oruc oğludur.Yaralılar isə Əliyev Mehman Ağamir oğlu və Aslanov Akif Oruc oğludur. Hazırda hər iki yaralı Lerik rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.
12:10
O həmçinin vurğulayıb ki, partlayış “Lerik Broyler”(Lebro) MMC Quşçuluq Kompleksində baş verib.
12:58Partlayış baş verən fabrikin görüntüsü:
Short URL: http://www.cumhuriyyet.net/?p=97344