“Mənə mesaj yazmışdı” – 2 uşağı ilə intihar edən Pərvanənin anası – VİDEO

27.07.2017 - 17:38

Xəbər verdiyimiz kimi, Şəmkirdə dəhşətli intihar hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Mahmudova Pərvanə İlqar qızı 3 yaşlı oğlu və 1 yaşlı qızı ilə özünü Bakı-Qazax qatarının altına atıb. Ana və iki övladı hadisə yerində ölüblər.

Cumhuriyyet.net APA TV-yə istinadən məlumatına görə, mərhumun anası hadisədən öncə qızı ilə mesajlaşdığını bildirib:

“Qızım yazdı ki, ana, hardasan? Dedim, evdə yoxam, gəlirəm. Dedi, gələndə əlaqə saxlayarsan. Evə gələndən sonra mən zəng elədim, başqası açdı. Dedim, qızıma yığırdım, kimdir? Dedi, qızının adı nədir? Pərvanə. Dedi, gəl, qızın özünü qatarın altına atıb…”

Qatarın maşinisti Şəmistan Əhmədov və maşinist köməkçisi Ələnşir Əliyev şifahi izahat verərək bildiriblər ki, bir qadın iki azyaşlı uşağının əlindən tutaraq 8-10 metr məsafədə özünü onların idarə etdiyi qatarın altına atıb. Onlar əyləc sistemini dərhal işə salaraq qatarı dayandırsalar da, faciədən qaçmaq mümkün olmayıb.

Xatırladaq ki, iyulun 25-də saat 20:00 radələrində həyat yoldaşının bibisi Dursun Mahmudova ilə aralarında baş vermiş münaqişədən sonra Pərvanə Mahmudova uşaqlarını da götürüb atasıgilə getmək adı ilə evdən çıxıb. Lakin o, atasının evinə yox, dəmir yolu istiqamətinə gedərək uşaqlarının əlindən tutub özünü Böyük Kəsik-Bakı istiqamətində hərəkətdə olan sərnişin qatarının altına atıb.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97376

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31