Polkovnik dənizdə batdı – FHN-nin xilasediciləri kömək etmədi – VİDEO

28.07.2017 - 00:03

İyulun 23-də Pirşağı çimərliyində üç şəxsin boğulması ilə bağlı avtosfer.az saytına məlumat daxil olub.

Musavat.com sözügedən sayta istinadən xəbər verir ki, çimərlikdə istirahət edənlər bildiriblər ki, suda boğulan şəxsləri gördükdə FHN-nin xilasedicilərini çağırıblar. Onlar gələnə kimi həmin ərazidəki istirahət edən şəxslərlə birləşib boğulanlardan birini xilas ediblər. Xilasedicilər gəldikdən sonra isə suda boğulan şəxsləri xilas etməyəcklərini və həmin ərazidəki qayığın yararsız vəziyyətdə olduğunu bildiriblər. Suda qalan digər iki nəfərdən biri gözdən itib, o birinin isə təqdim olunan videoda boğulan vəziyyətdə başı görünür. Həmin görüntüləri sizə təqdim edirik.

Çimərlikdəki şəxslərin verdiyi məlumata görə, xilas edilməyən digər iki şəxsin birini ləpələr sahilə tərəf çıxarıb və huşsuz vəziyyətdə xəstəxanaya aparılıb. Digər şəxs isə gecə saat 1 də özü xilas olub. Xilas olanlardan birinin polkovnik olduğu iddia edilir.

cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=97382

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31