Bakıda zəncirvari qəza: yaralı var – VİDEO
Bakıda xəsarətlə nəticələnən zəncirvari qəza baş verib.
ARB TV xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Kürdəxanı qəsəbəsində “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını yol kənarında dayanan “Vaz 2107” və “Daewoo” markalı avtomobillərə çırpıb. Zərbə o qədər güclü olub ki, “Vaz 2107”-nin önündə dayanan sürücüsü 53 yaşlı Səxavət Səfərov xəsarət alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hər üç avtomobil yararsız hala düşüb. Qəzanı törədən sürücü saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
cumhuriyyet.net
Short URL: http://www.cumhuriyyet.net/?p=97449