Sumqayıtda yanğında 15 nəfər xilas edildi – RƏSMİ MƏLUMAT
FHN Sumqayıtda yataqxanada baş verən yanğınla əlaqədar məlumat yayıb.
AZXEBER.COM-un FHN-nin saytına istinadən verdiyi xəbərə, məlumatda bildirilir ki, yanğın Sumqayıt şəhərində ümumi sahəsi 4420 m² olan beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsinin dəhlizində baş verib.
Nəticədə dəhlizdə taxta konstruksiyalardan quraşdırılmış rəflər, əşyalar 100 m² sahədə və 15 otağın giriş qapıları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini xilas, 20 nəfəri isə təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub.
Yanğın saat 21:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Short URL: http://www.cumhuriyyet.net/?p=97510