Keyfiyyətsiz qidadan 10 nəfər zəhərlənib

06.08.2017 - 11:07

Mingəçevir şəhərində 10 nəfər qidadan zəhərlənib. Hadisə şəhərin Energetik yaşayış massivində yerləşən “Ağsaray” şadlıq sarayında qeydə alınıb. Toy məclisində qəbul edilmiş keyfiyyətsiz qidadan mədə pozuntusu keçirən 10 nəfər qonaq ağır vəziyyətdə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb.
Eyni zamanda, “Report”a istinadən bildiririk ki, halsız durumda olan xəstələrə tibbi yardım göstərilib.
Baş vermiş hadisə ilə bağlı GEM-in yerli şöbəsinin əməkdaşları təcili “Ağsaray” şadlıq sarayına, ardınca xəstəxanaya baş çəkib. GEM-in baş həkimi Əbil Ağayev məclisdə qidaların qəbuluna müvəqqəti yasaq qoyduqlarını deyir:
“Həm şadlıq sarayından, həm də xəstələrdən analiz nümunələri götürmüşük. Ən qısa zamanda labarator anlizlərdən keçirərək hadisənin nədən qaynaqlandığını müəyyən edəcəyik. Hələlik isə bu qənaətdəyik ki, keyfiyyətsiz qida qastrit,yəni mədə pozğunluğu yaradıb.”
Faktla bağlı araşdırmalar davam etdirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=97524

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31