Ağdaşda yol qəzası nəticəsində iki avtomobil yanıb, bir nəfər xəsarət alıb – YENİLƏNİB

07.08.2017 - 10:43

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində baş verən yanğın söndürülüb.

“Report”un Şirvan bürosu xəbər verir ki, yanğın zamanı “VAZ-2107” markalı avtomobildə olan beş sərnişindən biri yüngül xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ona yardım göstərib.

*** 09:59

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb.

Belə ki, Pirəzə kənd sakini Alı Məbud oğlu Aslanovun idarə etdiyi köhnə QAZ-53 markalı yük maşını Qəbələ sakininin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alovlanıb.

Avtomobildə olan şəxsləri çıxarmaq mümkün olub. Xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.

Hazırda yanğın söndürülür.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparır.

Short URL: http://www.cumhuriyyet.net/?p=97625

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31