Moskvada azərbaycanlılarla çeçenlər arasında KÜTLƏVİ DAVA: ölən və yaralananlar var – VİDEO

07.08.2017 - 18:15

Moskva vilayətinin Zelenoqrad inzibati dairəsində azərbaycanlılarla çeçenlər arasında kütləvi dava olub.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hadisə təxminən səhər saat 5-də çeçenlərin travmatik silahdan atəş açması ilə başlayıb. Toqquşma nəticəsində üç çeçen bıçaq yarası alıb, onlardan biri sonradan xəstəxanada keçinib.

Məlumata görə, münaqişə məişət zəminində yaşanıb. Qarşıdurmadan sonra hadisə yerindən uzaqlaşan azərbaycanlılar çox keçmədən polis tərəfindən saxlanılıb. Avtomobildə 27-32 yaş arası 4 nəfər şəxs olub. Onların üzərinə və avtomobilə baxış zamanı 4 bıçaq, elektroşoker və tapança aşkar edilərək götürülüb.

İstintaq Komitəsinin paytaxt üzrə Baş İdarəsindən məlumat veriblər ki, insan ölümü ilə əlaqədar Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü bəndi üzrə (ölümlə nəticələnən ehtiyatsızlıq səbəbindən qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi açılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=97699

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31