Xadimənin əllərini bağlayıb 75 min AZN, 200 minlik qızıl oğurladı – Bakıda

14.08.2017 - 15:52

Thief entering a private home to steal

Xəzər rayonu ərazisindəki evlərdən birindən quldurluq yolu ilə külli məbləğdə pul, qızıl əşyalar və tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb.

“Qafqazinfo” DİN-in saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də rayonun Buzovna qəsəbəsindəki evlərdən birinə açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb seyfdən 75.000 manat, 11.000 ABŞ dolları, habelə 200.000 manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinən paytaxt sakini Elvin Piriyev tutulub.

Şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür.

Short URL: http://www.cumhuriyyet.net/?p=98057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31