Bakı metrosunda gənc oğlan özünü relslərin üstünə atdı – VİDEO
Bakı Metropoliteninin “Xalqlar Dostluğu” stansiyasında intihara cəhd hadisəsi baş verib. Xəzər TV-nin məlumatına görə, hadisə ötən gün saat 13:30 radələrində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, gənc oğlan intihar məqsədi ilə özünü relslərin üstünə atıb. Maşinist son anda qatarı saxlayıb və gənc xilas edilib. “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, insident zamanı gənc qolunu sındırıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=98081