“Qorxub pulu tullamışam” – Keçmiş həyat yoldaşı ilə 15 min oğurlayan şəxs – VİDEO

22.08.2017 - 12:13

Paytaxtın Yasamal rayon sakini ərazi üzrə 27-ci polis bölməsinə müraciət edərək, mənzilindən 12 min manat, 1800 dollar və qızıl-zinyət əşyalarının oğurlanması ilə bağlı məlumat verib.

ARB TV xəbər verir ki, hadisə Mirzə Fətəli Axundov küçəsində, evdə heç kəs olmayan vaxtı törədilib.

Məsələ ilə bağlı dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları ötən gün cinayəti törətməkdə şübhəli bilinən Elvin İsrafilov, Elnur Qarayev, Baba Sadıqov və onun keçmiş həyat yoldaşı Afiyə Sadıqovanı saxlayıblar. Saxlanılanlardan Baba Sadıqov cinayəti qrup şəklində törətdiklərini etiraf edib.

Babab Sadıqov – Saxlanılan şəxs: “Mən gedib evə baxdım. Gördüm ki, evdə heç kim yoxdu. Gəlib dedim ki, evdə heç kim yoxdu. Elvinlə Elnur getdilər evə. Elnur girdi evə. 15 min manat pul götürdük. 12 min idi, amma ev yeyəsi deyir ki, 15 mindir. 3700 manat mənə verilib. Mənə verilən pulu verdim keçmiş həyat yoldaşıma saxlamağa. İstəyəndə dedi ki, qorxmuşam, tullamışam. Pul yoxdur məndə”.

Faktla bağlı Yasamal rayon polis idarəsində cinayət işi başlanıb. Polis onların analoji cinayətlərinin olmasını da istisina etmir.

Short URL: http://www.cumhuriyyet.net/?p=98394

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31