Tovuz sakinindən şok əməl – əmisi arvadının əl və ayaqlarını sındırdı

22.08.2017 - 12:15

Tovuz rayon sakini əmisi arvadını döyərək xəstəxanalıq edib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, 1971-ci il təvəllüdlü Sevda Şəmşəd qızı Rüstəmova ailə münaqişəsi zəminində qaynının oğlu tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb. O, yaxınları tərəfindən xəstəxanaya çatdırılıb.

Xəstəxanadan “Report”un yerli bürosuna bildirilib ki, qadının hər iki ayağı və sağ əli sınıb: “Yaralı ağır və huşunu itirmiş vəziyyətdə xəstəxanaya gətirilib. Qadın baş, üz və qarın nahiyələrindən ağır xəsarətlər alıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra travmatologiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır”.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=98398

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31