Bakıda kişi “Salam” vermədiklərinə görə 3 qardaşı bıçaqladı

23.08.2017 - 10:48

Bakıda üç qardaş salam vermədiklərinə görə naməlum şəxs tərəfindən bıçaqlanıb.

Cumhuriyyet.net-in “Report”a istinadən verdiyi xəbərə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Savalan qəsəbəsində küçədə orta yaşlı kişi (hələlik adı açıqlanmır) 1980-ci il təvəllüdlü İbrahimov Ruslan Rüstəm oğlu ilə ona salam vermədiyinə görə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. Nəticədə R.İbrahimov ürək nahiyəsindən bıçaqlanıb.

Qardaşının bıçaqlandığını görən 1978-ci il təvəllüdlü İbrahimov Ramin Rüstəm oğlu və 1999-cu il təvəllüdlü İbrahimov Rəhman Rüstəm oğlu hadisəni törədən şəxslə əlbəyaxa dava ediblər. Dava zamanı həmin şəxslər də bıçaqlanıb.

Bıçaqlananların üçü də xəstəxanaya yerləşdirilib. Onlardan Ruslan İbrahimovun və Ramin İbrahimovun vəziyyəti olduqca ağır kimi qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Hadisəni törədən şəxs axtarışdadır.

Short URL: http://www.cumhuriyyet.net/?p=98543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31