Bakıda hədə-qorxu ilə bir neçə nəfərdən pul alan dəstə yaxalandı

23.08.2017 - 16:31

Bakı şəhər sakini F.Qədimova hədə-qorxu gəlib pulunu almaqda şübhəli bilinən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.-org-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 21-də Bakı şəhər sakini Fazil Qədimova hədə-qorxu gəlib 300 manat pulunu almaqda şübhəli bilinən paytaxt sakinləri Elvin Xudazarov, Fazil Əliyev, Vahid Əliyev və Hikmət Ağayev tutulublar.

H.Ağayevə məxsus “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan 1 ədəd bıçaq və kustar üsulla hazırlanmış dövlət qeydiyyat nişanları aşkar edilərək götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onların cari il iyul-avqust ayları ərzində Bakı şəhər sakinləri olan daha 4 nəfərə hədə-qorxu gəlib ümumilikdə onlardan 3540 manat pul almaları da müəyyən edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=98589

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31