Balakəndə 66 yaşlı qadın intihar edib

25.08.2017 - 09:00

Balakəndə 66 yaşlı qadın baş örpəyi ilə özünü ağacdan asıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 18 radələrində rayonun Talalar kənd sakini 1951-ci il təvəllüdlü Məhbulə Həmid qızı Qərzəliyevanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib. 66 yaşlı Məhbulə Qərzəliyevanın intihar etdiyi məlum olub. Məlumatda dörd övlad anası olan Məhbulə Qərzəliyevanın son zamanlar əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=98638

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31