Beyləqanda toyda dava: gənc oğlan qohumları tərəfindən döyüldü
Beyləqanın Xocavənd qəsəbəsində keçirilən toy mərasimi zamanı gənc oğlan qohumları tərəfindən döyülüb.
“Report”un xəbərinə görə, 2001-ci il təvəllüdlü Allahverdiyev İlkin Tofiq oğlu toyda qohumları ilə mübahisə edib.
Nəticədə o iki nəfər tərəfindən döyülüb. Xəsarət alan şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Beyləqan rayon Polis şöbəsi araşdırma aparır.
Short URL: http://www.cumhuriyyet.net/?p=98788