5 yaşlı Natiq hələ də tapılmayıb – Axtarışa FHN də qoşuldu
Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında 5 yaşlı Natiq Əliyev Qubanın Əski İqriq kənd ərazisində olan istirahət mərkəzlərindən birində yoxa çıxıb. “Qafqazinfo” hadisə ilə bağlı yeni məlumatlar əldə edib.
Məlum olub ki, hadisə xınayaxdı mərasimində baş verib. N. Əliyev həmyaşıdları ilə oynayırmış. Bir müddət sonra isə valideynləri onu tapa bilməyiblər. Məsələ bağlı polisə dərhal məlumat verilib. Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyinin axtarış qrupu da azyaşlının tapılması istiqamətində işlərə başlayıb. Hələ ki, nəticə yoxdur. Hazırda uşağın valideynləri də Əski Qırıq kəndindədirlər.
Qeyd edək ki, ailənin özü Quba şəhərində yaşayır.
Onu görənlərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur: (070) 207-09-97.
Günel Türksoy
Short URL: http://www.cumhuriyyet.net/?p=98799