Qaçırılarkən qəzaya düşən qız öldü – Faciə

04.09.2017 - 11:16

Samuxda avtomobil su kanalına düşüb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Samux-Əhmədbəyli yolunda baş verib.

Qız qaçıran şəxslər “VAZ-2107” markalı avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın su kanalına düşüb. Nəticədə qaçırılan qız və daha 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Yaralılardan qaçırılan qız, 20 yaşlı Göygöl rayon sakini, Günay İsfəndiyarovanın (Ad şərtidir) vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

***

Samux rayonunda qaçırılan zaman avtomobil qəzasına düşən qız ölüb.

“Report”un məlumatına görə, Samux-Əhmədbəyli yolunda “VAZ-2107” markalı avtomobilin kanala düşməsi nəticəsində ağır bədən xəsarətləri alan Göygöl rayon sakini, 20 yaşlı Türkan İsgəndərova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Orada vəziyyəti daha da ağırlaşan 20 yaşlı qız “Təcili yardım” maşını ilə Gəncə şəhərində yerləşən Mərkəzi Klinikaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=98957

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31