Respublika Klinik Xəstəxanasına hamilə qadından koronavirus keçib?

17.05.2020 - 17:08

Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbulu dayandırılıb.

Bunu “Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.

“Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, – deyə R.Əliyeva bildirib.

***12:31

Bəzi mətbuat orqanlarında Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında tibb işçiləri arasında koronavirusa kütləvi yoluxma halının baş verməsi və xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətinin dayandırması ilə bağlı xəbərlər yayılıb. İddiaya görə, virus tibb işçilərinə müəssisəsinin Ginekologiya şöbəsində doğuşa gələn bir qadından keçib.

Virtualaz.org-un məlumatına görə, deyilənlərə münasibət bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib ki, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının işçiləri arasında kütləvi şəkildə koronavirusa yoluxma halının baş verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, xəstəxananın Ginekologiya şöbəsinin fəaliyyətini dayandırması ilə bağlı məlumatlar da doğru deyil və xəstəxana adi iş rejimində çalışır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146864

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930