Respublikanın ən fəal gəncləri “DAVAM” hərəkatında bir araya gəldi

02.11.2020 - 15:20

Bu gün “DAVAM” Ümumrespublika Gənclər Hərəkatının təsis edildiyi elan edilib. “Holiday Inn” hotelində bu gün təşkil olunan brifinqdə bu barədə məlumat verilib.

Musavat.com xəbər verir ki, Nihad Allahyarlı, Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Məhəmməd Türkmən, Sabir Rüstəmov, Rasul Çunayev və Nərmin Knyazlının təşəbbüsü ilə ərsəyə gələn Təşəbbüs Qrupunun əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.

Brifinqdə Təşəbbüs Qrupunun üzvləri verilən yekdil qərara əsasən, “DAVAM” Ümumrespublika Gənclər Hərəkatına rəhbərlik Nihad Allahyarlıya həvalə edildiyini bildiriblər.

N.Allahyarlı bildirib ki, Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edir: “Mən ictimai-siyasi sahədə fəal olan gənclərimizin, Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban verən şəhid və qazilərimizin, Məhəmməd Türkmən gənc jurnalistlərimizin, Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, Reyhan Camalova innovativ ideyalı start-upçılarımızın, Sabir Rüstəmov beynəlxalq arenada fəal olan gənclərimizin, Rasul Çunayev gənc idmançı və çempionlarımızın, Nərmin Knyazlı isə sosial mediada fəal olan gənclərimizin təmsilçisi kimi çıxış edirlər.

N.Allahyarlı həyata keçirilən bu haqq işində sonuna qədər Prezident İlham Əliyevin yanında olduqlarını deyib:“Lazım gəldiyində Liderimizə dayaq, lazım gəldiyində isə sipər olacağıq. İşğaldan azad edilən bütün rayonlarımızda görüləcək quruculuq işlərindən sosial fəaliyyətə qədər hər sahədə könüllü şəkildə Ali Baş Komandanın əmrinə hazırırq. Təkcə paytaxt Bakıda deyil, bütün regionlarda, o cümlədən tarixi Azərbaycan torpaqları olan Qarabağda da hərəkatın bölgə ofisləri yaranacaqdır. Qarabağ Azərbaycandır! İLHAMLA DAVAM!”

Bu hərəkatda jurnalistlərin təmsilçisi olan, “Yeni Müsavat” Media Qrupunun nəzdində fəaliyyət göstərən Minval.info saytının baş redaktoru Məhəmməd Türkmən də öz ideyaları barədə məlumat verib: “Bizi burada birləşdirən dəyərlərimiz var, bu gün məqsədimiz gənclərimizi ətrafımızda toplamaq, onlara hər bir dəstəyi göstərməkdir. Hərəkatımız genişmiqyaslı olacaq, irəliləyən günlərdə, aylarda hər kəs bunun şahidi olacaq. Məqsədimiz gənclərdə inam yaratmaqdır, istənilən sahədə onlara dəstək verməyi qarşımıza məqsəd qoymuşuq. “DAVAM” yeni bir hərəkatdır, yeni bir nəfəsdir. Bu, Azərbaycanda və dünya miqyasında sözünü çatdıra biləcək hərəkat olacaq. Bu hərəkatda medianı təmsil edirəm. Cəbhədən və gündəlik həyatımızdan cəmiyyətə doğru və dürüst xəbər verməyə davam edəcəyəm!”
Tədbirdə hərəkatın digər üzvləri də gələcək fəaliyyətlə bağlı məlumat veriblər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=156823

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930