NK: Vətəndaşlara ayrıca məhsul növü kimi təqdim edildikdə polietilen torbalara tələbatın 50-60% azalacağı gözlənilir

05.02.2021 - 16:34

Nazirlər Kabineti ticarət və ictimai iaşə müəssisələrində polietilen torbaların vətəndaşlara ayrıca məhsul növü kimi təqdim edilməsi barədə qərarına izah verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, izahda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın strateji məqsədinə uyğun olaraq nəzərdə tutulmuş tədbirlər, habelə beynəlxalq təcrübə və normalar nəzərə alınmaqla və eyni zamanda “Ətraf mühitin mühafizəsi haqqında” qanunda edilmiş son dəyişikliklərə əsasən 15 mikrona qədər olan polietilen məhsulların sahibkarlar tərəfindən idxalı, istehsalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya verilməsi qadağan edilib.

Polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq, resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə beynəlxalq təcrübəyə uyğun bir sıra plastik qablaşdırma vasitələrinin istehsalı və istehlakının mərhələli şəkildə azaldılması və eyni zamanda aparılan qiymətləndirmə göstərir ki, beynəlxalq təcrübədə istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edildikdə bu torbalara tələbat 50-60% azalır.

Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli Qərarında alqı-satqı prosesində mal və məhsulların daşınması üçün təklif olunan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, qalınlığı 15-50 mikron olan yüngül çəkili polietilen torbaların istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməsi və bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməsi nəzərdə tutulur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=160652

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930