“SEL MMC” iddialara cavab verdi

28.03.2023 - 21:10

Bu gün bəzi saytlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satılması haqda məlumatı yayılıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən adıçəkilən yağların istehsalçısı olan “SEL” MMC -nin İdarə heyətinin sədri Kəyan Kazımov yazılanları təkzib etdi.
Onun sözlərinə görə, “SEL” MMC-də çaytikanı yağı 2011-ci ildən istehsaldadır:
“İstehsal etdiyimiz çaytikanı yağının keyfiyyətini təsdiq edən bütün lazımı sənədlər var. İstər laboratoriya, istər uyğunluq, istərsə də mənşə sertifikatı var.Nəzərinizə çatdırım ki, Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasının bizim məhsul haqda qərarı düzgün deyildir.
Bu məsələ ilə bağlı AQTA -nın labaratoriyasına müraciət edəcəyik.
Məsələ ondadır ki, təbiətdə çaytikanı yağı halında bir element yoxdur. Çaytikanı meyvələri günəbaxan yağında o vaxta qədər ekstraksiya olunur ki, toxumların qabığında və dənəsində olan karotinin miqdarı 120 mq/% qram həddinə çatır. Və yalnız bundan sonra o çaytikanı yağı adlanır.
İstehsal olunan çaytikanı yağı günəbaxan yağında karotinlərin miqdarıdır.
İdarə heyətinin sədri daha sonra mediaya səslənərək, qarşı tərəfin mövqeyini dərc etməyi xahiş edir.

Tribunainfo.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=190203

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930