AZAL Naxçıvana uçuşları dayandırdı, aeroportda basırıq yarandı

20.08.2015 - 13:29

azalAZAL dünəndən etibarən Naxçıvana reysləri dayandırıb. Bu səbəbdən Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanında sərnişin sıxlığı yaranıb.

Bu barədə vir
tualaz.org saytına muxtar respublikaya uça bilməyən sərnişinlər xəbər verib.

Uçuşların təxirə salınmasının və gecikdirilməsinin səbəbləri sərnişinlərə izah olunmayıb. Sərnişinlər aviaşirkət rəhbərliyi ilə görüş tələb edirlər. Aeroportda basırıq var.

Bu vəziyyəti virtualaz.org saytına şərh edən AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib ki, Naxçıvan reyslərinin gecikməsi təyyarədəki texniki problemlərlə bağlıdır. Həmin təyyarə dünəndən anqardadır və təmir olunur.

“İndi Naxçıvan reysi üçün “Airbus A340” markalı təyyarə ayrılıb. Bu təyyarə 236 yerlikdir. İkinci təyyarənin təmiri isə saat 15:00-a qədər başa çatacaq və problem tam həll ediləcək” – deyə P.Kəsəmənski bildirib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=29816

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930