Əziz Əzizov Cəbrayıl rayonunun işğalı günündə Cəlilabadda möhtəşəm konsert tədbiri keçirdi- VİDEO

24.08.2015 - 12:14

ezizCəlilabad rayon icra başçısı özü əslən Cəbrayıl rayonundan olmasına baxmayaraq 23.08.2015 ci il tarixində Cəlilabad rayon Göytəpə qəsəbəsində möhtəşəm konsert tədbiri keçirib.

Təəssüf hissi ilə vurğulamaq lazımdır ki, Əziz Əzizov kimiləri bu tarixi tez unudublar. Bir daha onların yadına salmaq istərdik ki,həmin günü döyüşlərdə 180, atəşkəs dövründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dünyasını dəyişib 90 nəfərə yaxın isə əsir və itkin düşüb.

Bu kimi tariximizin qara günlərində hər kəs matəm içində olarkən, bu faciənin ağrısını yaşayarkən, bizim Əziz Əzizov kimi məmurlarımız kehf məclisi qurmaqla nəyə görə Cəbrayıl camaatına hörmətsizlik edirlər?

Artıq neçənci dəfədir ki,matəm günlərində konsertlərin verilməsinin şahidi oluruq.
Misal üçün ADNA terrorunun il dönümündə Xırdalanda bayram konserti(30 aprel 2013-),
Eyni tarixdə Fazil Məmmədovun konsert təşkil etməsi,
Şou-biznes nümayəndələrinin Xocalı soyqırımı günü konsert verməsi
Və bu gun də Əziz Əzizovun Cəlilabad rayon Göytəpə qəsəbəsindəki möhtəşəm konserti.

Liderinfo.az saytının əməkdaşları həmin konsertin video lentini həvəskar kameralardan lentə alıblar.
Həmin kadrı sizə təqdim edirik .

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30200

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930