Azərbaycanlı nazir işçilərini cəzalandırdı – Yoxlama

26.08.2015 - 11:47

vergiVergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində 2015-ci ilin 2-ci rübündə daxili nəzarət qaydasında keçirilən tədbirlərin, bu zaman aşkar edilmiş intizam pozuntularının monitorinqi aparılıb.

Strateq.az ölkə mətbuatında yayılan xəbərə istinadən bildirir ki, 2015-ci ilin 2-ci rübündə nazirliyin struktur bölmələrinin daxili nəzarət qrupları tərəfindən ümumilikdə 523, o cümlədən yerli vergi orqanlarında 442, nazirliyin aparatının struktur vahidlərində 81 daxili nəzarət tədbiri keçirilib:

“2015-ci ilin 2-ci rübündə vergi orqanı əməkdaşlarının hərəkətlərindən Daxili təhlükəsizlik Baş İdarəsinə daxil olmuş müraciətlərin və təqdimatların araşdırılması, habelə yerli vergi orqanlarında aparılan daxili nəzarət tədbirləri zamanı 27 əməkdaşın xidməti fəaliyyətində nöqsanlara yol verildiyi aşkar edilərək 13 əməkdaşa töhmət, 8 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilb, 1 əməkdaşın xüsusi rütbəsi bir pillə aşağı salınıb, 1 əməkdaş 6 ay müddətinə aşağı vəzifəyə keçirilib, 2 əməkdaş tutduğu vəzifədən kənarlaşdırılıb, 2 nəfərə yazılı xəbərdarlıq edilib”. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30449

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930