“Azercell”in növbəti məhkəmə çəkişməsi

22.11.2017 - 17:45
“Azercell Telekom” MMC ilə Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti arasında məhkəmə çəkişməsi davam etdirilib.

Cumhuriyyet.net Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hər iki tərəfin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən iclasda birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən qüvvədə saxlanılıb.
Qeyd edək ki, “Azercell Telekom” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv olunması və əlavə hesablanmış vergilərin, maliyyə sanksiyası və faizlərin silinməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib.
Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti vermişdi.
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=105237

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Dekabr 2017
BE ÇA Ç CA C Ş B
« Noy    
 123
45678910
11121314151617
18192021222324
25262728293031