Çayxanalarda siqaret çəkməyə icazə verilmir – Rayonlarda qadağa

04.01.2018 - 14:30

Xəbər verdiyimiz kimi, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qüvvəyə minib. 

Qapalı məkan işlədən obyekt sahiblərinə bununla bağlı xəbərdarlıq olunub. Qeyd olunub ki, qapalı məkan sahibləri siqaret çəkilməsinə ciddi nəzarət etməlidir, əks halda onlar cərimələnəcək.

Əldə etdiyimiz məlumatlara görə, artıq paytaxtla yanaşı bəzi bölgələrdə restoran və çayxanalarda siqaret çəkilməsinə icazə verilmir. İaşə obyektlərində siqaretin qadağan olunması haqda xəbərdarlıq elanı yerləşdirilib.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) bununla bağlı cərimələr nəzərdə tutulub.

Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir. Azvision.az

Short URL: http://www.cumhuriyyet.net/?p=109203

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31