Bakıda istehsal olunan çörəklərin Sumqayıtda satışı qadağan edilib

08.01.2018 - 11:00
Sumqayıtın İcra Hakimiyyəti şəhərdəki market sahiblərinə xəbərdarlıq edib

Bu barədə məlumatı Finans.az-a market sahiblərindən biri verib. Onun sözlərinə görə, market sahibləri şəhər İcra Hakimiyyətinə çağırılıb, icra başçısının müavini onlarla görüşüb. Bildirilib ki, yanvarın 8-dən Sumqayıt şəhəri ərazisində Bakıda fəaliyyət göstərən çörək zavodlarının məhsullarının satışı qadağan olunur və marketlər yalnız Sumqayıt çörək zavodunun məhsullarını sata bilərlər. Həmçinin deyilib ki, Bakıdan Sumqayıta çörək daşıyan maşınıarın siyahısı Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə verilib və həmin maşınların Sumqayıta çörək gətirdiyi aşkarıansa, cərimə meydançasına aparılacaqlar.

Bu qərar market sahiblərinin ciddi narazılığı ilə müşayiət olunur. Onlar bildirirlər ki, çörək satışınım əhəmiyyətli hissəsi Bakıdakı istejsalçıların məhsullarının payına düşür. Bakı çörəklərinin satışının qadağan olunması isə marketlərə ziyan vura bilər.

Bakıda fəaliyyət göstərən bir neçə çörək istehsalı müəssisəsi yaranmış vəziyyətlə bağlı sabah İqtisadi İnkişaf Nazirliyinə müraciət etməyi və Sumqayıtdakı inhisarçılığa son qoyulmasını tələb etməyi planlaşdırır.

İddialara görə, Sumqayıt çörək zavodu İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova məxsusdur. Zavodun avadanlıqları Zakir Fərəcovun yaxınıarı tərəfindən Almaniyadan gətirilib və Sumqayıtda quraşdırılıb. Lakin istehsal olunan çörəyin keyfiyyəti Bakıdakı müəssisələrin istehsalından keyfiyyətcə geri qaldığı üçün Zakir Fərəcov monopoliya yaratmağa üstünlük verir.

Mövzuya qayıdacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=109443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31