Fazil Məmmədova qarşı hüquqi hərəkətlənmə – 9 şirkət Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib

10.01.2018 - 16:24

Azərbaycanda 9 şirkət və bir fiziki şəxs Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

“APA-Economics”in məlumatına görə, “Naviqator Mobil Servises”, “Retail Solutions”, “Azəri-Türk LTD”, “Azerbaijan Steel Supply”, “Transport-Servis LTD”, “Effekt-M”, “Nicat-Nəzrin”, “Kraun” MMC-lər və “Azəraqrartikinti” ASC-nin “Aqrartikintiservis” firması iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. İddia üzrə işin mahiyyətini inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr təşkil edir.

Bu şirkətlərlə yanaşı, fiziki şəxs – Azəri Yusifzadə də eyni iddia ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.

Bu iddialar üzrə məhkəmə prosesləri davam edir.

Xatırladaq ki, ötən gün vergilər naziri Mikayıl Cabbarovun əmri ilə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 33 əməkdaşı da daxil olmaqla, ümumilikdə 64 nəfər işdən çıxarılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=109692

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31