Vergilər nazirinin birinci müavini də GÖNDƏRİLİR – Belə deyirlər…

18.01.2018 - 12:59

Vergilər Nazirliyində əsaslı kadr islahatları davam edir. Modern.az-ın nazirlikdən əldə etdiyi məlumata görə, vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov da məzuniyyətə göndərilir.

Məlumatda bildirlir ki, Sahir Məmmədxanovun fevralın 4-də məzuniyyətdə olacağı gözlənilir.

Mənbə bildirib ki, Sahir Məmmədxanovun məzuniyyət müddətində sərəncama göndəriləcəyi istisna olunmur. Bu isə o deməkdir ki, yeni vergilər naziri köhnə birinci müavinlə işləmək istəmir… Belədə Sahir Məmmədxanovun vəzifədən uzaqlaşdırlacağı gözlənilir.

Əldə etdiyimiz məlumata görə, birinci müavin son bir neçə iqtisadi tədbirdə nazirliyi təmsil etməli olsa da, onu başqası əvəzləyib.

Qeyd edək ki, Sahir Məmmədxanov Vergilər Nazirliyindəki köhnə komandanın ən uzunmüddətli kadrlarından sayılır. O, 1993-cü ildən vergi sistemində işləməyə başlayıb. Sonrakı müddətlərdə müxtəlif vəziflər tutub.

2009-cu ilin martından vergilər nazirinin müavini,2016-cı ilin martından isə birinci müavini vəzifəsinə yüksəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=110337

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31