İsmayıllı sakinləri 20 yanvar Şəhidlərini böyük ehtiramla yad etdilər-FOTO

20.01.2018 - 15:55

Şəhər saat 8-dən başlayaraq şəhərin mərkəzi meydanında quraşdırılmış monitorda hüznlü musiqilər səsləndirilir, 20 yanavar faciəsini,əksi olan filmlər nümayiş etdirilirdi.
“Şəhidlər xiyabanı”na ziyarətə minlərlə şəhər sakini gəlmişdi.  Saat 10-da başlanan ziyarətin ön cərgələrində rayon rəhbərliyi, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri gedirdi. Şəhidlər xiyabanında dəfn olunan şəhidlərin ailə üzvləri, valideyinləri, qohumları da burada idilər, ziyarətçilərdən başsağlığı qəbul edirdilər. İki saatdan çox davam edən mərasimdən sonra ziyarətçilərin bir qrupu şəhər  mədəniyyət mərkəzinə gəlib. Burada 20 yanvar faciəsinin dəhşətlərini və vətən övladlarının  dəyanətini, vətənpərvərliyini, cəsurluğunu, igidliyini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Əvvəlcə səsləndirilən həyacan siqnalı dinlənilib, bir dəqiqəlik sükutla şəhidlərin ruhu yad edilib, sonra kompozisiyaya baxılıb.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=110494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31