199 saylı avtobusda özbaşınalıq – Sürücü artıq pul yığır
Bu gün 199 saylı avtobusda gedişhaqqı artırılıb
Daxil olan məlumata görə, gedişhaqqının 20 qəpikdən 25 qəpiyə qaldırılması sərnişinlərin narazılığına səbəb olub.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Yenicag.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Bu gün məsələ ilə bağlı quruma şikayətlər daxil olub. Əslində, 199 saylı avtobuslarda gedişhaqqı məsafəyə uyğun olaraq müəyyən edilib. Tarif şurasının qərarına əsasən, 1 km-dən 15 km-dək məsafə qət edənlər 20 qəpik, 15 km-dən 25 km qət edən sərnişinlərsə 25 qəpik ödəməlidir. Yəni sürücü bunu bütün sərnişinlərə şamil etməməlidir. Məsələ araşdırılacaq, vətəndaşların narazılığı aradan qaldırılacaq”.
Short URL: http://www.cumhuriyyet.net/?p=114120