Mirşahin Ağayev köhnə ANS-çilərlə yeni Real TV yaradır

01.03.2018 - 11:48

ANS-in heyəti yeni telekanalla media məkana qayıdır

Mediada bununla bağlı yayılan şayiələri dünən ANS-in keçmiş əməkdaşı Ləman Ələşrəfqızı sosial şəbəkədəki statusunda təsdiqləyib. TV Real adlı bir səhifənin loqosunu paylaşan jurnalist “Real olan hər şey gözəldir” yazıb.
Səhifəyə daxil olub, məlumatları incələyəndə isə bəlli olur ki, 21 fevraldan etibarən onun anonsu verilib. Bu günlərdə isə loqosu səhifədə yayılıb. “REAL TV”nin ilk vaxtlar internetdən yayımlanacağı gözlənilir. Bu, sınaq dövrü kimi xarakterizə edilir. Amma planlarda onun peyk yayımına keçməsi də yer alır.
Ləman Ələşrəfqızı modern.az-a açıqlamasında yeni telekanala getdiyinə görə “Azərxalça”dakı işindən ayrılacağını bildirib: “Mənə təklif gəlib və mən həmin televiziyaya gedirəm. Mən jurnalistikaya bağlıyam, jurnalistika üçün darıxıram. Mətbuat katibliyində özümü tapa bilmədim. Təki işlərimiz ”REAL”laşsın. Hər şey qaydasında olacağı təqdirdə tamaşaçılarımız bizi yenidən görə biləcəklər”.
«REAL TV»də əsasən ANS-in keçmiş və sınanmış əməkdaşlarının çalışacağı da yayılan məlumatlar sırasındadır. Televiziyada son hazırlıq işləri gedir, yaxın günlərdə bununla bağlı geniş açıqlama veriləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=114318

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31