8 Mart Bayramı ərəfəsində şəhid ailələri ilə İsmayıllı RİH-də görüş keçirilib

06.03.2018 - 17:44

Dövlət qayğısı  əhatəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi müntəzəm görüşür, özlərinin, övladlarının problemlərinin həllinə nail olur. 8 Mart – Beynəlxalq Qadınlar günü ərəfəsində RİH-də şəhid ailələrinin iştirakı ilə keçirilən bayram tədbiri də razılıqla qarşılanıb.

Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Qadınlar bayramı münasibətilə şəhid ailələrini təbrik edib, onlara övladları ilə birgə xoşbəxtlik, səadət, möhkəm can sağlığı, həyat yoldaşları səviyyəsində vətənpərvər gənclər tərbiyə etməyi, hər bir zaman üçün ümidli olmağı arzulayıb. Qeyd edib ki, dövlət hər bir şəhid və əlil ailəsinin qayğısını çəkir, onların övladlarının təhsili üçün lazımi şərait yaradır, mənzil ehtiyaclarını ödəyir. Ailələr böyüyür. Çalışacağıq ki, sosial mənzillər tikilməsinə nail olmaqla şəhid ailələrində yeni yaranan ehtiyacları da ödəyək.

Şəhid xanımlarını İsmayıllı rayon məhkəməsinin sədri Rəfael Şirinov, DTX rayon şöbəsinin rəisi Fəxrəddin Babayev, rayon polis şöbəsinin rəisi Telman Ağasıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  İsmayıllı şöbəsinin rəisi Xamis Bədəlov, QMƏVŞA İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, YAP rayon təşkilatının sədri Sevil Əhmədova və dövlət qulluğu veteranı Valeh Salehov da səmimiyyətlə təbrik ediblər.

Mirdaməd Sadıqov hər bir iştirakçını dinləyib, mövcud problem və ehtiyacları öyrənib, bunlarla bağlı həyata keçirəcəyi tədbirlər barədə iştirakçılara məlumat verib.

8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə görüşdə iştirak edən xanımlara bayram hədiyyələri təqdim edilib.

Cumhuriyyet.net

Short URL: http://www.cumhuriyyet.net/?p=114808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31