Füzulidə 8 mart qadınlar bayramı qeyd olundu-FOTOLAR

08.03.2018 - 09:45

Horadiz şəhərində Muğam Mərkəzində 8 Mart Qadınlar günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayonun ictimai-siyasi və mədəni həyatında fərqlənən qadınlar, şəhid anaları, imtiyazlı qadınlar iştirak edib.

Cumhuriyyet.net  xəbər verir ki, əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərəl xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonun qadınlarını 8 Mart Qadınlar bayramı münasibəti ilə təbrik edib. Ölkəmizdə qadınlarla bağlı həyata keçirilən dövlət siyasətindən danışan Alı Alıyev bildirib ki, hazırda Füzuli rayonunda təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini qadınlar təşkil edir. Son illər rayonda qadınların dövlət qulluğunda, bələdiyyələrdə də uğurla təmsil olunduqlarını vurğulayan Alı Alıyev qeyd edib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə ana, qadın adının həmişə uca tutulduğunu, ana məfhumunun minillərdən bəri xalqımızın təfəkküründə doğma yurdu, vətən torpağını və dilimizi təcəssüm etdirdiyini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bütün qadınlara örnək olan ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Çıxış edən qadınlar göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Rayon qadınları Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı 8 mart qadınlar bayramı münasibəti ilə təbrik ediblər.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlara Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=114942

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31