Bakıda fantastik qiymətə torpaq sahəsi: ərazinin sahibi kimdir? – VİDEO

30.03.2018 - 11:22

Minval.İnfo bildirir ki, bir torpagın qiyməti 40 milyon manata, digərinin qiyməti isə 3 milyon 900 min manatadır

Elan saytlarının birində Bakının Nərimanov rayonunda 40 milyon manata boş torpaq sahəsi satılır. Elanda 2 hektar 10 sot ölçüsü olan torpaq sahəsinin yeni tikili bina üçün nəzərdə tutulduğu bildirilir.

Ekspertlər isə bildirir ki, 40 milyon manat həmin torpaq sahəsinin hazırki real bazar qiyməti olsa da, Bakıda bu qədər boş ərazini tapmaq çətin məsələdir.

Bakıda qiyməti milyonlarla ölçülən torpaq sahələri var ki, illərdir boş sahə olaraq qalır. Ekspertlər qiymətlərə baxmayaraq, bu cür torpaqlara daima tələbatın olduğunu deyir. Xüsusi olaraq şəhərin mərkəzində villaların çox olduğu hissələrdə.

Paytaxtda pilot layihələrin icrası və yeni tikili binaların sayının artması belə bahalı torpaqları da tədricən bazardan çıxarır. Hazırda isə ən ucuz torpaqlar Suraxanı və Binəqədi rayonu ərazisi hesab edilir ki, orada qiymətlər 1sot üçün təxminən 1500 manatdan başlayır.

Short URL: http://www.cumhuriyyet.net/?p=116465

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31