Güclü külək nə vaxta kimi davam edəcək? – RƏSMİ AÇIQLAMA

31.03.2018 - 11:35
Dünəndən etibarən əsasən Bakı və Abşeron yarmadasında müşahidə edilən güclü külək bu gün gündüz saatlarından mülayimləşəcək
Cumhuriyyet.net Trend-ə istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Nəzərinizə çatdıraq ki, ötən gün Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsib, küləyin sürəti 18-23, arabir 25-30 m/s olub, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənib.

Short URL: http://www.cumhuriyyet.net/?p=116565

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31