Azərbaycanda məşhur narkotik alverçisi tutuldu – Axundun oğlu imiş

11.05.2018 - 09:23

Xaçmaz Rayon Polis Şöbəsinin və Xudat Polis Bölməsinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şimalda məşhur narkotik alverçisi “Çukkuş” ləqəbli, Xaçmaz rayon, Xudat şəhər sakini Baloğlanov Ceyhun Əhmədağa oğlu saxlanılıb. Yenicag.az-ın əldə etdiyi məlumata görə, onu külli miqdarda narkotik satışını həyata keçirərkən saxlayıblar.

Onu da qeyd edək ki, “Çukkuş” ləqəbli bu şəxs uzun illərdir ki, şimal bölgəsində böyük narkoplantasiyaların bağbanı kimi tanınsa da, onu faktiki olaraq “iş başında” yaxalamaq mümkün olmayıb. Maraqlıdır ki, hazırda barəsində 3 ay həbs-qətiimkan tədbiri seçilən narko-dilerin atası Əhmədağa Baloğlanov da Xudat şəhərinin axundudur. Xatırladaq ki, bir müddət əvvəl də “Çukkuş”un yaxın qohumu Şükürov Tural Vaqif oğlu da yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli əməllərə cəhd etdiyinə görə həbs edilib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=118664

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728