Akademik Musiqili Teatr “Formula 1” yarışmasına hazırdır

18.04.2019 - 15:57

26-28 aprel tarixlərində Bakı şəhərində növbəti “Formula 1 Azərbaycan Qran Prisi – 2019” baş tutacaq.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da ölkəmizdə 4-cü dəfə keçiriləcək dünyaca məşhur olan bu beynəlxalq idman tədbirinə yüksək səviyyədə hazırlaşıb, yarış iştirakçılarının, şəhərimizin çoxsaylı qonaqlarının mədəni istirahətlərinin lazımi səviyyədə təmin etmək üçün bütün təşkilati məsələləri həll edib.  Qurumun mətbuat xidmətindən bildirilib ki, Teatr “Formula 1” həftəsində xüsusi repertuarla çıxış edəcək.

“Ölkəmizin bu mötəbər idman yarışmasına 4-cü dəfə ev sahibliyi etməsi işimizdə məsuliyyətimizi daha da artırır. Akademik Musiqili Teatr yarış günlərində xüsusi repertuarla çıxış edəcək. Aprel ayının 26-da saat 19:00-da “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), 27-də saat 19:00-da “Arşın mal alan” (Ü.Hacıbəyli), 28-də saat 19:00-da isə “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) səhnə əsərləri nümayiş olunacaq. Tamaşaların  ingilis dilində tərcüməsi əcnəbi qonaqlarımıza titrlər vasitəsilə göstəriləcək. Ümumiyyətlə, son illər teatrımız beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək üçün ölkəmizə gələn qonaqları, turistləri yüksək səviyyədə qəbul edir, onların mədəni istirahətləri üçün lazım olan hər cür şərait yarada bilir. Əcnəbi qonaqların teatrımızla tanışlığı onlarda Azərbaycan mədəniyyəti və incəsənəti haqqında xoş təəssüratlar oyadır”, – deyə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=127906

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728