İcra hakimiyyətinin qaza borcu var- 21 min ödəməlidir

27.05.2019 - 12:34

Icra hakimiyyəti ilə “Azəriqaz” arasında məhkəmə çəkişməsi başlayıb.
Musavat.com xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi Binəqədi Rayon İcra Hakimiyyətindən qaza olan borcu tələb edir. Borcun məbləği 20 976 manatdır. İcra hakimiyyəti bundan narazı qalaraq 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İcra hakimiyyəti “Azəriqaz” İB-yə qarşı iddia qaldırıb ki, borc öhdəliyinə xitam verməklə iddia müddəti ötmüş borc kimi silinsin. Ancaq hakim Əfqan Ələkbərov işi icraata götürmədkdən imtina edib. Çünki icra hakimiyyəti iddia ərizəsinin surətinin “Azəriqaz”a verilməsi barədə sübutu məhkəməyə təqdim etməyib.
Hakim elan etdiyi qərarda bildirib ki, bu sənəd materiallara əlavə edildikdən sonra yenidən məhkəməyə müraciət edilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=128580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728