“Bakı Metropoliteni” qatarda siqaret çəkən şəxslə bağlı araşdırmalara başladı

15.07.2019 - 13:37

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı ciddi araşdırmalar aparılır: “Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib. Sadəcə hələ ki hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır. Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək”.

B.Məmmədov bildirib ki, bu işdə təkcə “Bakı Metropoliteni” deyil, həm də sərnişinlər məsuliyyətli olmalıdırlar: “Hadisə baş verən vaqondakı digər sərnişinlər bu barədə məlumat verməlidir ki, həmin şəxs dərhal aşkar edilsin”.

Short URL: http://www.cumhuriyyet.net/?p=129484

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728