Büdcədəki kəsirlə bağlı Maliyyə Nazirliyindən açıqlama – “BU KƏSİR…”

26.07.2019 - 14:03

Maliyyə Nazirliyi “Marja”nın sorğusuna əsasən, 2019-cu ilin birinci yarımilliyində dövlət büdcəsinin kəsirlə icra olunmasını şərh edib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, 2019-cu ilin dövlət büdcəsi 23 milyard 168 milyon manat gəlir, 25 milyard 190 milyon manat xərc və müvafiq olaraq 2 milyard 22 milyon manat məbləğində kəsir olmaqla təsdiq olunub. O qeyd edib ki, kəsirlə təsdiq olunan büdcə dünyanın əksər dövlətlərinə xas olan praktikadır.

“2019-cu ilin birinci yarısında ölkəmizin dövlət büdcəsinin gəlirləri 10 milyard 405,5 milyon manat, xərcləri 10 milyard 951 milyon manat, kəsir 545,5 milyon manat təşkil etmişdir. Göründüyü kimi həmin kəsir təsdiq olunan yuxarı həddən yüksək deyil. Bu kəsir dövlət büdcəsində nəzərdə tutulan maliyyələşdirmə mənbələri – özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma və vahid xəzinə hesabının sərbəst qalığı hesabına bağlanılıb”, – deyə M.Piriyev vurğulayıb.

Qeyd edək ki, cari ilin birinci yarısında dövlət büdcəsinin xərcləri tam şəkildə – 100,2 faiz icra olunub.

Short URL: http://www.cumhuriyyet.net/?p=130307

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728