Müdafiə Nazirliyi: “Azərbaycan öz ordusunu daxili imkanları hesabına təchiz etmək gücünə malikdir”

27.07.2019 - 18:23

“Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir”.Bu barədafiə Nazirliyindən lumat verilib.

Bildirilib ki, Azərbaycanın hərbi sənaye kompleksi yüksək səviyyədə formalaşıb: “Bu baxımdan ölkəmizdə keçirilən “ADEX” Beynəlxalq müdafiə sərgisi də xüsusi əhəmiyyət daşıyır. Bunlar dövlətimizin iqtisadi tərəqqisinin göstəricisidir. Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbərliyi bu sahədə ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun müasirləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir. Dövlətimizin orduya qayğısı nəticəsində onun beynəlxalq nüfuzu da artıb. Xarici dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi, həmçinin hərbi qurumlar və beynəlxalq təşkilatlarla qarşılıqlı tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, əksər xarici dövlətlər və nüfuzlu beynəlxalq hərbi təşkilatlar Azərbaycan Ordusu ilə əməkdaşlıqda maraqlı görünürlər. Bunun bariz nümunəsi kimi xarici ölkə səfirliklərinin Müdafiə Nazirliyi ilə əlaqələrini və NATO rəsmilərinin müxtəlif proqramlar, o cümlədən “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ölkəmizə dəfələrlə səfərini göstərmək olar”.

“Beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi-siyasi, hərbi təhsil və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir. NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti, xarici ölkələrlə mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi xidmətin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdəndir. Dövlətimiz beynəlxalq hərbi əməkdaşlığı həyata keçirməklə region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlər qurur, Avro-atlantik strukturlarla inteqrasiyanı təmin edir”, Müdafiə Nazirliyindən bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=130483

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728