Qubada brilyant satan dələduzlar tutuldu: biri qadındır

30.07.2019 - 12:16

Qubada brilyant satan dələduz dəstə üzvləri ifşa olunub.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Quba rayonundakı regional qrupundan virtualaz.org-a verilən məlumata görə, yerli polis şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı rayon ərazisində külli miqdarda dəyəri olan iki ədəd brilyant daş-qaşı satmaq istəyən beş nəfərdən ibarət dəstənin üzvləri “iş başında” saxlanılıblar.

Araşdırmalarla onların Quba rayon sakinləri – 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri – 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.

İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilliant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi açılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=130815

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031