Bakının 3 rayonunda qaz kəsiləcək

02.08.2019 - 11:51

Bu gün saat 10:00-dan etibarən orta təzyiqli qaz kəmərlərində aparılacaq birləşdirmə və təmir işləri ilə Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsində – Nazim İsmayılov, Bəşir Bünyadov və Şamil Kamilov küçələrində təbii qaz təchizatı dayandırılacaq.

Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bunda başqan, ortatəzyiqli yeraltı qaz kəmərində qaz sızmasının aradan qaldırılması ilə əlaqədar isə saat 10:00-dan təmir işləri başa çatana qədər Bakının Yasamal rayonunun Mətbuat və Nəriman Nərimanov prospektlərində, Abbas Mirzə Şərifzadə, Hüseyn Cavid küçələrində, Nəsimi rayonunun Cəlil Məmmədquluzadə, Salatın Əsgərova, Şamil Əzizbəyov küçələrində, Fövqəladə Hallar, Vergilər, Ekologiya və Təbii Sərvətlər, Ədliyyə Nazirlikləri, Dövlət Gömrük Komitəsi yerləşən ərazilərdə qaz kəsiləcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=131249

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728